RU

Azərbaycan və Dünya Bankı enerji əməkdaşlığını genişləndirmək imkanlarını dəyərləndiriblər

Azərbaycan ilə Dünya Bankı arasında enerji sahəsində əməkdaşlıq çərçivəsində icra olunan layihələrin gedişi və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Day.Az Energetika Nazirliyinə istinadən xəbər verir.

Belə ki, Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ənənəvi və bərpa olunan enerji, elektroenergetika infrastrukturu, enerji səmərəliliyi, Azərbaycanın təşəbbüskarı olduğu "yaşıl enerji" dəhlizləri və digər potensial layihələr nəzərdən keçirilib. Layihələrin digər beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirilməsinin mövcud təcrübəsi və gələcək potensialı müzakirə edilib.

Избранный
11
9
day.az

10Источники