RU

Kiberhücuma görə “Land Rover”ın zavodları bir aylıq bağlandı

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniyanın “Jaguar Land Rover” avtomobil şirkəti zavodlarının oktyabrın 1-nə qədər bağlandığını elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb sentyabrın əvvəlində baş vermiş kiberhücumla əlaqədar vəziyyətin davam etməsidir.

Şirkətin məlumatına görə, vəziyyət kiçik təchizatçıların da çətinliklə üzləşməsinə səbəb olub.  

Qeyd edək ki, “Jaguar Land Rover” şirkətinin Böyük Britaniyada gündə 1000 avtomobillik istehsal gücü olan üç zavodu var. Bu zavodlar bağlandığı üçün avtomobil istehsalçısı həftədə 50 milyon funt sterlinq itirir. Bu zavodlarda işləyən 33 000 işçinin çoxuna isə evdə qalmaq əmri verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
2
yeniavaz.com

3Источники