RU

Qarabağ kafesində oğurluq Ofisiant kababçının kartını partlatdı

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Ağdam rayonunun Dördyol-2 qəsəbəsində fəaliyyət göstərən Qarabağ kafesində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, kafedə ofisiant işləyən şəxs kababçının bank kartından 2850 manat oğurlayıb. 

Ofisiant kababçının məşğul olmasından istifadə edərək onun telefonunu götürüb "Birbank" tətbiqinə daxil olaraq oradakı hesabdan yuxarıda qeyd edilən məvləği öz hesabına köçürüb. 

Hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra ofisiant saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı ofisiant verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
qaynarinfo.az

1Источники