ain.az bildirir, Bakivaxti portalına istinadən.
Yuxuya getmə anında bədənin qəfil titrəməsi və ya diksinməsi tibbdə “hipnik titrəmə” adlanan haldır.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir ki, bu, əslində, qeyri-ixtiyari əzələ yığılmasıdır və normal fizioloji reaksiyadır.
Belə ki, insan yuxuya gedərkən əzələlər tam rahatlaşır, beyin isə bunu bəzən bədənin yıxılması kimi qavrayaraq əzələlərə qəfil siqnal göndərir. Nəticədə insan diksinir və qısa müddətə oyanır.
Tədqiqatçılar hesab edirlər ki, bu refleks qədim dövrlərdən qalma müdafiə mexanizmidir. İnsanın ulu əcdadları ağaclarda yatarkən belə reaksiyalar onların yıxılmasının qarşısını ala bilərdi.
Bu hal adətən güclü yorğunluq, stress və gec saatlarda kofein qəbulundan sonra daha çox müşahidə olunur.
Hiss nə qədər narahatedici olsa da, hipnik titrəmələr orqanizmin təbii və zərərsiz reaksiyası sayılır.
Mina Mikayılova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.