FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Bizim.Media xəbər verir ki, hakim 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq.
O, həmçinin oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта