RU

Kreml Paşinyan və Lukaşenkonun Rusiyaya səfər edəcəyi barədə məlumat yayıb

Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 25-26-da Rusiyaya işgüzar səfər edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Belarus liderinin "Pul Pervoqo" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Lukaşenko Yeni texnoloji nizamdan yeni dünyagörüşünə” devizi altında keçiriləcək Qlobal Atom Enerjisi Forumunda iştirak edəcək. Səfər çərçivəsində Aleksandr Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşü də planlaşdırılır.

Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Qlobal Atom Enerjisi Forumunda çıxış edəcək.

Tədbirdə AEBA-nin baş direktoru Rafael Qrossi, Belarus və Myanma prezidentiləri, Ermənistan və Efiopiyanın baş nazirləri, həmçinin üç ölkənin və bir sıra ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak edəcəklər.

Tədbirdən sonra Rusiya prezidentinin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü nəzərdə tutulub.

Избранный
28
7
apa.az

10Источники