RU

Mehriban Əliyeva Azərbaycan Prezidentinin Donald Trampla Nyu-Yorkdakı dialoqunu paylaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin Donald Trampla Nyu-Yorkdakı dialoqunun videosunu paylaşıb.

Tramp çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə də toxunub. O, bu məsələ üzrə Ermənistan və Azərbaycanla çalışdığını diqqətə çatdırıb:

"Mən sənə təşəkkür etmək istəyirəm, dostum. 22 il elə deyilmi? 22 il. 22 il müharibədə oldunuz".

Prezident İlham Əliyev vasitəçiliyi üçün ABŞ liderinə təşəkkür edib.

"Daha da çox. Bundan da artıq. 30 ildən çoxdur. Siz möcüzə etdiniz, cənab Prezident. təşəkkür edirəm. Əla idi", - Prezident İlham Əliyev Donald Trampa cavabında deyib.

Избранный
17
6
aznews.az

7Источники