RU

İspaniya hərbi təyyarəsi Kalininqrad yaxınlığında GPS müdaxiləsi ilə qarşılaşıb

İspaniyanın hərbi təyyarəsi Litvaya gedərkən Kalininqrad vilayəti yaxınlığında uçarkən GPS müdaxiləsi ilə üzləşib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Təyyarənin göyərtəsində İspaniyanın müdafiə naziri Marqarita Robles və NATO-nun şərq cinahda hava hücumundan müdafiə əməliyyatında iştirak edən ispan pilotların qohumları olub.

Xəbərə görə, xanım Robles Litvanın müdafiə naziri Dovile Şakaliene ilə görüşə yollanırmış.

"Bu, həm bu marşrutda, həm də kommersiya uçuşlarında adi haldır. Bu, bizim təyyarəmiz olduğuna görə deyil", - Müdafiə Nazirliyinin sözçüsü agentliyə bildirib.

O qeyd edib ki, təyyarənin şifrəli sistemi sayəsində naviqasiyaya heç bir maneə olmayıb.

Избранный
13
ikisahil.az

1Источники