RU

Ermənistanda Parakar icmasının müxalifət lideri öldürülüb

Parakar icmasının rəhbəri, müxalif “Aprelu Yerkir” partiyasının nümayəndəsi Volodya Qriqoryan gecə saatlarında evinin yaxınlığında öldürülüb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

Hadisə sentyabrın 23-nə keçən gecə baş verib. Atışma zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.

Həmin gün Ermənistanın baş naziri Nikol Paşinyan Qriqoryanın ölümü ilə nəticələnən silahlı hücumu pisləyib. O, bu barədə Facebook səhifəsində açıqlama verib.

Избранный
4
aznews.az

1Источники