RU

Ukrayna Novorossiyskə zərbələr endirib | VİDEO

AzVision.az Ukrayma KİV-lərinə istinadən xəbər verir ki, hücum zamanı həmçinin suüstü dronlar da qeydə alınıb. Onların hədəfi Rusiyanın Qara Dəniz Donanmasının hərbi dəniz bazası olub.

Novorossiyskdə hava hücumundan müdafiə (HHM) sistemi işə salınıb. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, pilotsuz təyyarənin hücumu nəticəsində yaşayış binalarına ziyan dəyib. İlkin məlumatlarda 2 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı deyilirdi.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatları “Novorossiysk” mehmanxanasının yaxınlığında şəhərin mərkəzinə “günün günorta çağı” zərbələr endirib və hotel binasına ziyan dəyib.

Şəhərdə PUA-ların hücumu ilə bağlı daha əvvəl xəbərdarlıq edilmişdi. Novorossiyskin meri Andrey Kravçenko hərbçilərin pilotsuz qayıqların hücumunu dəf etdiyini bildirib.

Aparılan dəqiqləşdirilmələrdən sonra Krasnodar diyarının əməliyyat qərargahının yaydığı məlumata əsasən, Qüvvələrinin Novorossiyskə hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb.

- Pilotsuz təyyarələrin qalıqları “Novorossiysk” hoteli də daxil olmaqla 7 binaya ziyan vurub. Yanğınsöndürənlər hələ də binalardan birində baş verən yanğını söndürürlər. İyirmi avtomobilə də ziyan dəyib, onlardan üçü tamamilə yanıb”,- xəbərdə qeyd edilir.

Rusiya və Ukrayna qarşılıqlı zərbələr endiriblər
Eyni zamanda, Novorossiyskə hücum nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ofisi zədələnib, iki əməkdaş xəsarət alıb.

“İnzibati ofis müvəqqəti olaraq fəaliyyətini dayandırıb, işçilər təxliyə edilib. Hücum nəticəsində CPC-nın ofisinin yerləşdiyi binada bəzi qeyri-şirkət işçiləri ağır yaralanıb”,- konsorsiumun açıqlamasında deyilir.

Xatırladaq ki, dünən axşam saatlarında və bu gecə Ukrayna və Rusiya bir-birinin ərazilərinə qarşılıqlı hava hücumları həyata keçirmişdilər.

Bundan başqa, Rusiyanın Başqırdıstan respublikasında yerləşən“Qazprom Neftexim Salavat”obyekti yenidən Ukraynanın pilotsuz təyyarələrin hücumuna məruz qalıb.



Sahil İsgəndərov
AzVision.az
Избранный
14
azvision.az

1Источники