RU

Aqrar Sığorta Fondunun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

Niderlandın Rotterdam şəhərində Beynəlxalq Kənd Təsərrüfatı İstehsalı Sığortaçılar Assosiasiyasının (AIAG) təşkilatçılığı ilə ənənəvi illik konqress - AIAG Congress 2025 keçirilir

“İki sahil” xəbər verir ki, 22-24 sentyabr tarixlərində Niderlandın Rotterdam şəhərində Beynəlxalq Kənd Təsərrüfatı İstehsalı Sığortaçılar Assosiasiyasının (AIAG) təşkilatçılığı ilə ənənəvi illik konqress - AIAG Congress 2025 keçirilir.

Azərbaycanı bu tədbirdə ölkədə kənd təsərrüfatı sahəsinin sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xatırladaq ki, AIAG – International Association of Agricultural Production Insurers - kənd təsərrüfatı sığortası sahəsində fəaliyyət göstərən beynəlxalq qurumdur. Aqrar Sığorta Fondu 2022-ci ildən etibarən AIAG-nin üzvüdür və təşkilatın tədbirlərində fəal iştirak edir.

Builki tədbirin əsas mövzusu "İqlim qeyri-sabitliyi və ərzaq təhlükəsizliyi: siyasi məqsədlər və kənd təsərrüfatının reallığı"dır.

Tədbir kənd təsərrüfatında sığorta, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, risk qiymətləndirməsi və s. kimi mövzuları əhatə edir.

Məqsəd kənd təsərrüfatı istehsalçıları, sığortaçılar, texnologiya şirkətlərinin və dövlət qurumlarının bir araya gəlməsi, aktual məsələlərin müzakirəsi və kənd təsərrüfatının davamlılığı ilə bağlı ortaya çıxan problemlərin həlli yollarının tapılmasıdır.

Konqressdə dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın aqrar sığortaçı, təkrarsığorta şirkətləri və kənd təsərrüfatı tərəfdaşları iştirak edir.

Konqress çərçivəsində Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti dünyanın bir sıra iri təkrar sığorta şirkətləri, o cümlədən Almaniyanın "Munich Re" və İsveçrənin "Swiss Re" təkrar sığorta şirkətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanda aqrar sığorta riskləri, onların xarakteri, həmin risklərin təkrar sığortası və sair məsələlər müzakirə edilib.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Избранный
9
4
ikisahil.az

5Источники