RU

Boris Avakyanın meyitinin yanında bıçaq tapılıb

Sankt-Peterburqda Ermənistan Konsulluğunda ölən keçmiş separatçı Boris Avakyanın meyitinin yanında bıçaq aşkar edilib.

Musavat.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Əvvəlcədən yayılan məlumatlarda Avakyanın intihar etdiyi deyilirdi.

Qeyd edək ki, o, ötən gün Sankt-Peterburqun Kronştadt rayon məhkəməsindən qaçmışdı. Məhkəmədə onun barəsində həbs-qətimkan tədbiri seçilməsi müzakirə olunurdu. Bu barədə məhkəmələrin birləşdirilmiş mətbuat xidmətinin rəhbəri Darya Lebedeva açıqlama vermişdi.

Musavat.com

Избранный
5
musavat.com

1Источники