Dallasda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi xidmətinin ofisində atışma baş verib.
APA “CNN” ə istinadən xəbər verir ki, xidmətin həbs etdiyi 3 nəfər hadisə nəticəsində xəsarət alıb.
ABŞ-ın bəzi mətbuat orqanlarında artıq onlardan birinin öldüyü ilə bağlı məlumatlar yayılıb.
Silahlı hücum ətrafdakı binaların birindən snayperlə törədilib.
Hadisəni törədən şəxs intihar edib və onun salxanılması mümkün olmayıb.