Azərbaycanın idmançıları BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən gənclər arasında muaytay üzrə dünya çempionatında 3 medal qazanıblar.
Rekord.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İdmançılardan Elmir Talıbov və Ömər Mehrəliyev gümüş, Ramal Səmədzadə isə bürünc medala yiyələnib.