ABŞ Dövlət Departamentinin nümayəndəsi, dövlət katibinin müavininin müşaviri Kaleb Orr bəyan edib ki, Geniş Xəzər regionu, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ xarici siyasətinin uzunmüddətli prioritetləri sırasındadır.
Musavat.com xəbər verir ki, amerikalı diplomat bu fikirləri Nyu-Yorkda keçirilən VI Xəzər Biznes Forumunda səsləndirib.
Onun sözlərinə görə, bu regiona sərmayə qoyuluşu və inkişafına dəstək göstərilməsi ABŞ-ın strateji maraqlarına uyğundur:
“Bu regiona illər boyu investisiya qoymaq və inkişafına töhfə vermək bizim strateji maraqlarımıza cavab verir”.
Musavat.com