RU

Benzin qıtlığı Moskvaya da çatdı

Ukrayna dronlarının neft emalı zavodlarına zərbələri fonunda Rusiyada yanacaq böhranı dərinləşir.

Musavat.com xəbər verir ki, "İzvestiya" yazır ki, bir çox regionlarda yanacaqdoldurma məntəqələri artıq bir müştəriyə 10–20 litrdən çox benzin satmır, bəzi yerlərdə isə yalnız dizel yanacağı təklif olunur.

Müstəqil Yanacaq İttifaqının (MYİ) prezidenti Pavel Bajenov bildirib ki, bu məhdudiyyətlər şəbəkə sahiblərinə böhran dövründə məntəqələri tam bağlamamaq üçün tətbiq olunur:

“Əks halda, bəzi kiçik yanacaqdoldurma məntəqələrinin müvəqqəti bağlanması qaçılmaz olardı”.

Onun sözlərinə görə, məhdudiyyətlər əsasən Mərkəzi Rusiyada, Volqaboyunda, ölkənin cənubunda və Uzaq Şərqdə qüvvəyə minib.

Moskva, Leninqrad, Ryazan və Nijni Novqorod vilayətlərində fəaliyyət göstərən yanacaq biznesinin nümayəndələri də benzin satışına limit tətbiq olunduğunu təsdiqləyiblər.

Musavat.com

Избранный
9
1
musavat.com

7Источники