RU

Həmin 7 yaşlı uşaq müəssisəyə yerləşdirildi

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə “Tiktok” sosial media hesabında canlı yayım açaraq, azyaşlı övladının sağlamlığına zərbə vuran qadın haqqında araşdırma başlanılıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Tərtər rayonunda qeydiyyatda olan Bərdə rayon sakini 24 yaşlı qadının “Tiktok”da canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapıb.

Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılıb, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib, uşaq isə sağlamlığının yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilib.

Hazırda yerli icra hakimiyyəti orqanı tərəfindən Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, valideynin valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılıb. Eyni zamanda, azyaşlı müvafiq uşaq müəssisəsinə yerləşdirilib.

Qeyd edək ki, Bərdə rayon sakini olan 24 yaşlı Zəminə Qurbanova gecə saatlarında azyaşlı övladının yanında canlı yayım açaraq siqaret çəkmiş, qarşı cinsin nümayəndələri ilə bayağı söhbət etmişdi. Onun bu davranışı etirazla qarşılanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
37
qafqazinfo.az

10Источники