RU

Dəmir yol çörəyi günbəgün " arıq" layır...

Bu gün ölkəmizdə müxtəlif növlü çörək və çörək məmulatları hazırlanır. Heç şübhəsiz ki, çörəklərin çeşidləri nə qədər çox olsa, alıcıları da  artar. Bunu hamımız yaxşı bilirik.

Amma onu bilmirik ki, bu çörəklərin bəzi  növlərinin alıcıları artandan sonra onun istehsalçıları bundan sui- istifadə edib keyfiyyətini və çəkisini aşağı salırlar. Sovet dönəmində məşhur olan dəmir yol çörəyinin ətrindən və dadından doymaq olmurdu.

Bir neçə ay bundan əvvəl dostum, professor Şahbaz Musayev dedi ki, mən yeməyə dəmir yol çörəyi almışam. Soruşdum ki, dadı necədir, əvvəlki kimi ətirlidirmi! Dedi ki, yaxşıdı. Elə mən də həmin gündən dəmir yol çörəyi alıram.

Gördüm , əvvəllər olduğu kimi bir qədər də dadlı deyil, ancaq o biri çörəklərdən  daha yaxsıdı.Bu gün professor Şahbaz müəllimi " Ballı" marketdə gördüm . Yenə dəmir yol çörəyi alırdı.

Çörək yaxşı olmağıma yaxşıdı,lakin çəkisi azalıb.Mən də zarafatla dedim ki, müəllim, yəqin dəmir yol çörəyi " arıq" layıb. Gərək onun istehsalçıları onu " arıq" lamağa qoymasınlar.Çünkı çörəyin çəkisi və keyfiyyəti aşağı düşəndə onun alıcıları da azalır!

Emil Faiqoğlu       

Избранный
10
1
adalet.az

2Источники