RU

Dünya Bankının regional direktoru ilə Azərbaycanın təşəbbüskarı olduğu layihələr müzakirə edilib  

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan ilə Dünya Bankı arasında enerji sahəsində əməkdaşlıq çərçivəsində icra olunan layihələrin gedişi və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ənənəvi və bərpaolunan enerji, elektroenergetika infrastrukturu, enerji səmərəliliyi, Azərbaycanın təşəbbüskarı olduğu yaşıl enerji dəhlizləri və digər potensial layihələr nəzərdən keçirilib.

Görüşdə, həmçinin layihələrin digər beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirilməsinin mövcud təcrübəsi və gələcək potensialı müzakirə edilib.

Избранный
16
9
azerbaijan-news.az

10Источники