RU

"Liverpul"un yeni transferi zədələnib

"Liverpul"un müdafiəçisi Covanni Leoni komandanın heyətində İngiltərə Liqa Kubokunun 3-cü turunda "Sauthempton"la (3:1) debüt oyununda zədə alıb.

Operativ Media xəbər verir ki, 18 yaşlı italiyalı matça start heyətində başlayıb və 81-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Futbolçunu xərəkdə meydandan çıxarmaq lazım olub. Onun MRT də daxil olmaqla hərtərəfli müayinədən keçməsi planlaşdırılır.

Hazırda Leoninin neçə matçı buraxacağı ilə bağlı dəqiq məlumat yoxdur.

İtalyan "Liverpul"a 2025-ci ilin avqustunda "Parma"dan keçib.

Избранный
29
operativmedia.az

1Источники