RU

Paşinyan da Rusiyaya gedəcək

Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Rusiyanın nüvə sənayesinin 80 illiyinə həsr olunmuş Qlobal Atom Forumunda çıxış edəcək.

Busaat.az xəbər verir ki, bu barədə Kreml açıqlama yayıb.

Forumda Rusiya lideri ilə yanaşı, Belarus prezidenti Aleksandr Lukaşenko, Myanma İttifaqı Respublikasının prezidenti vəzifəsini icra edən Min Aunq Hlainq, Ermənistanın baş naziri N.Paşinyan, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Əhməd, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Qrossi, həmçinin İran, Özbəkistan, Misir, Niger və bəzi ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak edəcək.

Forumdan sonra Putin bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Yeganə

Избранный
18
2
busaat.az

3Источники