RU

Rəqəmsal marketinq seminarı keçirildi

AFFA və Futbolun İnkişaf Fondunun (FİF) birgə təşkilatçılığı ilə Rəqəmsal Marketinq seminarı keçirilib. Tədbirdə premyer-liqa klublarının, eyni zamanda AFFA, Peşəkar Futbol Liqası və FİF-in media və marketinq sahəsində çalışan əməkdaşları iştirak ediblər.

"Football-plus.az" xəbər verir ki, seminarda “Result Sports” agentliyinin rəhbəri, sahənin aparıcı mütəxəssislərindən olan Mario Leo spiker qismində çıxış edib.

AFFA-nın baş katibinin müavini Kamran Vəliyev tədbiri giriş sözü ilə açdıqdan sonra FİF-in icraçı direktoru Tural Piriyev “Klub futbolunda marketinqin rolu” mövzusunda fikir və təcrübələrini bölüşüb.
Tədbirin davamında “Kapital Bank”ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov “Bankçılıq və futbolda neyromarketinq” mövzusunda təqdimatla çıxış edib.

Seminar çərçivəsində yerli klublardan nümunələr təqdim olunub, iştirakçılarla qrup tapşırıqları icra edilib. Tədbir panel müzakirəsi ilə başa çatıb.

Избранный
11
9
football-plus.az

10Источники