RU

Bakıda xəstəxanada həkimləri söyən şəxs həbs edildi



=
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində insident baş verib.


Medicina.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Bakı şəhərində anadan olmuş İbrahim Əliyev (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb.

Məlum olub ki, İbrahim uşaqlıqdan onu böyüdən nənəsini Xətai Tibb Mərkəzinə aparıb. Lakin orada həkimlər boş yer olmadığını əsas gətirərək qadını qəbul etməkdən imtina ediblər. Buna əsəbiləşən İbrahim həkimlərlə mübahisə edib və səs-küy salıb. Polis əməkdaşları hadisə yerinə yaxınlaşan zaman isə tabesizlik göstərib.

O, məhkəmədə törətdiyi əməldən peşman olduğunu, bir daha belə hala yol verməyəcəyini bildirib və barəsində yüngül cəza tətbiq olunmasını xahiş edib.

Məhkəmənin qərarı ilə İbrahim barəsində səkkiz gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunub.

MEDİCİNA.AZ


Избранный
21
4
medicina.az

6Источники