RU

Taksi sürücülərinə verilən 7 illik müddət artırılacaq KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Dövlət İmtahan Mərkəzi sentyabrın 23-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanını keçirib. Sərnişinlərin təhlükəsizliyi və xidmət keyfiyyətinin təminatı məqsədilə tətbiq olunan bu imtahanlar sürücülərin bilik və bacarıqlarını yoxlamağa xidmət edir. Bəs, 7 il müddətinə etibarlı olan şəhadətnamə dövrün reallıqlarına uyğundurmu, yoxsa daha qısa müddət müəyyən edilməlidir?

Nəqliyyat eksperti Aslan Əsədov KONKRET.az-a bildirib ki, taksi sürücülərinə verilən 7 illik etibarlı şəhadətnamə müddəti dövrün reallıqlarına uyğundur. Ekspertin sözlərinə görə, digər ölkələrdə belə sertifikatlar 10 və hətta 15 il müddətinə verilir, lakin ildə və rübdə bir neçə testdən keçirlər.

“Burada əsas məsələ sürücünün bacarığıdır. İndiki zamanda bacardığı işi 10 ildən sonra da edə bilər. Bu baxımdan 7 il müddət qeyri-adi deyil və kifayət qədər uyğun sayılır. Lakin hər il imtahanın keçirilməsi yaxşı bir ənənədir və sürücülərdə məsuliyyət hissini artırır”, – deyə Aslan Əsədov vurğulayıb.

Beləliklə, sertifikat müddəti etibarlı hesab edilə bilər, əlavə testlər isə xidmətin keyfiyyətini və sərnişin təhlükəsizliyini təmin edir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
konkret.az

2Источники