RU

Almaniya yenidən məcbur hərbi xidmətə qayıdır

BAKI, 24 sentyabr. TELEQRAF

Almaniya müdafiə naziri Boris Pistorius ölkədə məcburi hərbi xidmətin tətbiqini istisna etməyib.

Teleqraf xəbər verir ki, o, bunun müəyyən şərtlər daxilində və Bundestaqın (Almaniya parlamenti) təsdiqi ilə ola biləcəyini açıqlayıb.

“Yeni döyüş hazırlığı hədəfləri o deməkdir ki, ehtiyatda olanlar da daxil olmaqla, Silahlı Qüvvələrin sayı təxminən 460 000-ə qədər artırmalıyıq. Bu o deməkdir ki, Bundesverə qarşıdakı 8-10 il ərzində 260 000 aktiv işçi heyəti və bu onilliyin sonuna qədər 200 000 ehtiyatda olan hərbi qulluqçu lazımdır”, - nazir bildirib.

Almaniyada 2011-ci ilin iyulunda məcburi hərbi çağırış ləğv edilib, ardınca peşəkar orduya keçid baş tutub.

Избранный
15
teleqraf.com

1Источники