Publika.az xəbər verir ki, bu barədə İranın Atom Enerji Təşkilatının rəhbəri Məhəmməd İslami "Sky News" telekanalına müsahibəsində danışıb.
"Həmin obyektlər beynəlxalq təzyiqlərə və İsrailin potensial hücum təhlükəsinə baxmayaraq yenidən tikiləcək", - deyə o söyləyib.
İslami iddia edib ki, ölkəsinin uranın zənginləşdirmə miqdarı şişirdilir: "Bu, mütləq silah məqsədləri üçün deyil. Həssas ölçmə alətlərimiz üçün daha yüksək miqdarda zənginləşdirməyə ehtiyacımız var. İllərdir embarqo altındayıq. Bu məhsulları bizə heç kim satmır".
İran rəsmisi ABŞ-la danışıqlara getməyəcəklərini də vurğulayıb: "Onlarla danışmağa ehtiyac yoxdur. ABŞ İran xalqına qarşı böyük haqsızlıqlar edib, danışıqlar aparılarkən hərbi əməliyyatlar həyata keçiriblər. Düşmən düşməndir. Belə düşmənlə danışmağın mənası yoxdur".