MDB ölkələri vahid hava hücumundan müdafiə sisteminin inkişafı üzrə tədbirlər həyata keçirməyə başlayıblar.
Adalet.az xəbər verir ki, bu barədə MDB Müdafiə Nazirləri Şurasının katibi general-leytenant Yuri Daşkin bildirib.
Onun sözlərinə görə, layihəyə ayrılan vəsaitlər təyinatı üzrə istifadə edilir və Birlik ölkələrinin hərbi hakimiyyət orqanları tərəfindən işlərə mütəmadi olaraq nəzarət edilir: "Əldə edilmiş razılaşmalar artıq icra olunur, ayrılan bütün vəsaitlər təyinatı üzrə istifadə olunur. Biz bu barədə mütəmadi olaraq həm Birləşmiş Qərargah Rəislərinə, həm də Müdafiə Nazirləri Şurasına məlumat veririk".