RU

Bakıda 16 nəfərin ölümünə səbəb oldular: müzakirə başladı Araşdırma...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son dövrlərdə xanım sürücülərin iştirakı ilə baş verən yol qəzalarının sayında artım müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, təkcə cari ilin ötən dövründə 107 belə  yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 16 nəfər həlak olub, 159 nəfər isə xəsarət alıb. Sözügedən durum ictimaiyyətdə qadın sürücülərlə bağlı müzakirələr yaradıb. Kimisi qəzaların cinslə əlaqəsi olmadığını bildirir, kimisi yollarda xanımların daha çox təhlükəyə yol açdığını iddia edir. 

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu fikir kökündən yanlışdır.

Onun fikrincə, məsələ sürücünün cinsində deyil, peşəkarlıq səviyyəsindədir:

“Peşəkar sürücü həm kişi, həm də qadın ola bilər. Əgər qəza baş veribsə, burada əsas diqqət onun səbəbinə yönəlməlidir. Hər bir yol-nəqliyyat hadisəsi fərdi qaydada təhlil edilməli, dərindən araşdırılmalıdır. Qəzaların səbəbi təkcə sürücü faktoru ilə məhdudlaşmır. Hava şəraiti, yol infrastrukturunun durumu, avtomobilin texniki vəziyyəti və digər amillər də rol oynaya bilər. Ən vacib məsələ isə qəza ocaqlarının xəritəsinin hazırlanmasıdır. Yəni belə hadisələrin tez-tez baş verdiyi ərazilər müəyyənləşdirilməli, bu məlumatlar əsasında profilaktik və sistemli tədbirlər həyata keçirilməlidir”.

Rauf Ağamirzəyev

Ekspert bildirib ki, sürücüləri cinsə görə bölmək əvəzinə, qəzanın obyektiv səbəblərinə əsaslanan təhlillər aparılmalı və qərar verilməlidir:

“Xüsusilə də ölümlə nəticələnən qəzalar düzgün araşdırılarsa, effektiv qabaqlayıcı tədbirlər də görülə bilər. Məqsədimiz yollarda ölüm hallarının qarşısını almaq olmalıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
globalinfo.az

1Источники