RU

İran rialı ABŞ dollarına qarşı tarixi minimuma düşüb

İranın milli valyutası rial bu gün yeni tarixi minimuma enərək ABŞ dollarına qarşı 1,074,000 səviyyəsinə düşüb. Bu, İran Prezidenti Məsud Pezeşkianın Birləşmiş Millətlər Təşkilatında çıxış etməsindən bir qədər əvvəl baş verib.

News365.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. 

Məlumatda deyilir ki, rialın dəyər itirməsi İranın Ali rəhbəri Seyid Əli Xameneinin ABŞ-la nüvə proqramı haqda birbaşa danışıqları rədd etməsindən sonra baş verib.

Xameneinin açıqlaması, Pezeşkian və xarici işlər naziri Abbas Araqçinin Nyu-Yorkda diplomatik manever imkanlarını məhdudlaşdırıb.

Yaranmış vəziyyətdə İran ilə Avropa ölkələri arasında danışıqların BMT tərəfindən nüvə proqramı ilə bağlı İran üzərinə yenidən tətbiq olunacaq sanksiyaların qarşısını almayacağı ehtimal edilir. Sanksiyaların dayandırılması üçün nəzərdə tutulan 30 günlük müddət bazar günü bitir.

Fransa, Almaniya və Böyük Britaniya İranın 2015-ci il nüvə sazişi üzrə öhdəliklərini pozduğunu bildirərək, son dəqiqə razılaşması olmadığı halda “snapback” mexanizmini işə salaraq sanksiyaları bərpa etməyə hazırlaşır.

Qeyd edək ki, Avropa ölkələri İran ABŞ ilə nüvə proqramı üzrə birbaşa danışıqlara yenidən başlasa və BMT-nin nüvə müfəttişlərinə nüvə obyektlərinə giriş imkanı versə müddətin uzadılmasına hazır olduqlarını bildiriblər.

Избранный
10
5
news365.az

6Источники