RU

Nazirin olduğu təyyarə problemlə üzləşdi

İspaniyanın müdafiə naziri Marqarita Roblesin olduğu hərbi təyyarə çərşənbə günü səhər Litvaya uçarkən Rusiyanın Kalininqrad vilayəti yaxınlığında GPS problemi yaşayıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarədə Robleslə yanaşı, şərq cinahda NATO-nun hava hücumundan müdafiə missiyasında iştirak edən ispan pilotların qohumları da olub. Missiya bu ayın əvvəlində Polşa onun hava məkanını pozan pilotsuz təyyarələri vurduqdan sonra işə başlayıb.

“Vilkas” missiyası (Litva dilində “canavar” mənasındadır) kimi tanınan İspaniya kontingenti keçən həftə Baltik dənizi üzərində uçan səkkiz Rusiya təyyarəsini yaxalayıb”, - deyə İspaniyanın Müdafiə Nazirliyi çərşənbə günü bildirib.

“GPS siqnalını pozmaq üçün cəhd edilib, lakin təyyarəmizdə şifrəli sistem quraşdırıldığına görə heç bir problem yaranmayıb”, - deyə Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib.

Həsən

Xəbər 4 dəfə oxunub.
Избранный
18
5
xezernews.az

6Источники