RU

La Liqada ilk “El Klasiko”nun tarixi açıqlandı

İspaniya La Liqasında cari mövsümün ilk “El Klasiko”sunun vaxtını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Real” ilə “Barselona” oktyabrın 26-da “Santyaqo Bernabeu” stadionunda üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Hazırda turnir cədvəlinin lideri 18 xalla “Real”dır. Altı oyunda maksimum nəticə göstərən “kral klubu”nu “Barselona” 5 xal geridən izləyir və kataloniyalıların bir oyunu ehtiyatda qalır.

Xatırladaq ki, İspaniyanın hazırkı çempionu “Barselona”dır. Ötən mövsümdə “Real” yarışda ikinci yeri tutmuşdu.

Избранный
12
90deqiqe.az

1Источники