Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 26-da saat 11:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək. Avtosfer.az agentliyə istinadən xəbər verir ki, qəbulda Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər. Məlumata əsasən, qəbula yazılmaq istəyən vətəndaşlar bu ünvanlarda öncədən qeydiyyatdan keçə bilərlər: Hacıqabul rayonu üzrə: "20 №-li Yol İstismarı" MMC, Şirvan şəhəri üzrə: "33 №-li Yol İstismarı" MMC. Qəbula gələn vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli və qaldırdıqları məsələlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aid olmalıdır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта