RU

Albaniya Prezidenti İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Albaniya Prezidenti Bayram Beqay Ermənistanla əldə edilmiş tarixi sülhə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Beqay BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı yan tədbirdə çıxışı zamanı deyib.

"Bu onu göstərir ki, ən dərin münaqişələr belə, dialoq və əzmkarlıqla, barışıq və davamlı sülhə inanan ABŞ kimi tərəfdaşların dəstəyi ilə həll edilə bilər", - deyə Albaniya Prezidenti vurğulayıb.

Bizim.Media

Избранный
24
21
bizim.media

10Источники