Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro da iştirak edib.
Liderlər regional məsələləri, həmçinin iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.