RU

Makron Trampın Rusiya ilə bağlı iddiasını rədd etdi: Biz daha sərt vuracağıq!

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron NATO-ya üzv ölkələrin hava məkanının pozulmasına qarşı reaksiyasını gücləndirməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə “France 24” telekanalına müsahibəsində danışıb.

“Yeni təxribatlar olarsa, biz bir az daha sərt cavab verməliyik”, – deyə Makron vurğulayıb.

Lakin o, belə insidentlərin sadəcə nümayiş xarakteri daşıdığı hallarda silahlı qüvvədən dərhal istifadə edilməsinin düzgün olmadığını bildirib. Prezident əlavə edib ki, Fransa Rusiyanı rəqib kimi görür, amma düşmən hesab etmir.

Polşanın hava məkanını pozan təyyarələrin vurula biləcəyi ilə bağlı suala cavab verən Makron veriləcək cavabın “mütənasib” olmalı olduğunu bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Rusiya təyyarələrinin NATO ölkələrinin səmasında görünəcəyi təqdirdə onların vurulmasının mümkün ola biləcəyini bildirmişdi.

Polşanın baş naziri Donald Tusk isə daha əvvəl bəyan etmişdi ki, Varşava yalnız NATO müttəfiqlərinin vahid qərarı əsasında hava hədəflərini vurmağa hazır ola bilər. Onun sözlərinə görə, ayrı-ayrı liderlərin sərt bəyanatları belə addımlar üçün kifayət etmir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
globalinfo.az

1Источники