Rusiyanın Maliyyə Nazirliyi 2026-cı ildən əlavə vəsait toplamaq üçün əlavə dəyər vergisinin (ƏDV) dərəcəsini 20%-dən 22%-ə qaldırmağı təklif edib.
Editor.az xəbər verir ki, bu təşəbbüs hərbi xərclərin maliyyələşdirilməsi və böyüyən büdcə kəsirinin azaldılması məqsədi daşıyır.
Agentlik qeyd edir ki, sözügedən addım Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından bəri Rusiyanın hərbi xərclərinin ilk dəfə azalması ilə üst-üstə düşür.
ABŞ prezidenti Donald Tramp isə Rusiyanı “kağız pələng” adlandıraraq, onun ciddi iqtisadi çətinliklərlə üzləşdiyini bəyan edib.
//Samir Qurbanov, Editor.az