RU

“Onun rəqibi yoxdur, burada çox qəribə bir şey baş verdi” - Ailəsi narazıdır

“Barselona”nın hücumçusu Lamin Yamal “qızıl top” mükafatında ikinci yeri tutdu. Birinci yeri isə PSJ-nin oyunçusu Osman Dembele qazandı.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, Yamalın yaxınları səsvermənin nəticələri açıqlanandan dərhal sonra mərasimdən ayrılıblar.

İspaniyalı futbolçu şəxsi olaraq qalibi təbrik edib, ancaq bir qədər aralıda onun atası son aylar oğlunun oyunu ilə müqayisədə Dembeleni açıq şəkildə tənqid edib.

Dembele qalib elan olunduqdan sonra Yamalın atası Munir Nasraui belə deyib:

“Lamin Yamal şübhəsiz, dünyanın ən yaxşı futbolçusudur və bunu deyirəm. Onun rəqibi yoxdur. Burada çox qəribə bir şey baş verdi”.

Yamal isə mərasimdən sonra belə danışıb:

“Tanrının planı mükəmməldir: zirvəyə çatmaq üçün pillə-pillə qalxmaq lazımdır. Dembeleni təbrik edirəm”.

Избранный
4
sportinfo.az

1Источники