ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Fransa Prezidenti Emmanuel Makron Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlardan sonra sosial şəbəkədə mövqeyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İran Wire” məlumat yayıb. Makron bildirib ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir.
Onun sözlərinə görə, Fransa, Almaniya və Böyük Britaniya ilə birlikdə tətbiq edilən “tətik” mexanizmi İranın öhdəliklərə əməl etməməsinə qarşı sanksiyaların bərpasını nəzərdə tutur.
Fransa lideri həmçinin İran həbsxanalarında saxlanılan üç Fransa vətəndaşının dərhal azad olunmasını tələb edib:
“Fransa heç bir övladını tərk etməyəcək”.
Makron Avropanın üç əsas tələbini də sadalayıb. O bildirib ki, AEBA müfəttişlərinin İrana tam girişi, zənginləşdirilmiş uran ehtiyatları barədə şəffaflıq və nüvə danışıqlarının dərhal bərpası baş tutarsa, bu zaman münasibətlər normallaşa bilər.
Fransa prezidenti xəbərdarlıq edib ki, razılaşma hələ də mümkündür, lakin İranın cavab vermək üçün cəmi bir neçə saatı qalıb.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.