Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kiyev, 25 sentyabr, AZƏRTAC
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim bölməsinin ərazisinə iki “İsgəndər” ballistik raketi ilə zərbə endirib.
Bu barədə AZƏRTAC Quru Qoşunlarına istinadla xəbər verir.
Raket zərbələri birbaşa Ukrayna hərbçilərinin sığınacağına düşüb.
“Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təəssüf ki, şəxsi heyət arasında itkilərvar. Hadisə yerində təcili xidmət qurumları işləyir. Yaralı hərbçilərə operativ şəkildə tibbi yardım göstərilir”, – deyə Quru Qoşunlarının məlumatında qeyd olunub.
Hazırda təlim mərkəzlərinin, poliqonların və digər hərbi obyektlərin etibarlı sığınacaqlarla təchiz olunması istiqamətində işlər davam etdirilir. Həmçinin, hərbçilərin raket və hava hücumları zamanı müdafiəsini gücləndirmək üçün əlavə təhlükəsizlik tədbirləri görülür.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.