RU

III MDB Oyunlarında iştirak edəcək Belarus idmançıları Bakıya gəlib

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha bir ölkənin idmançıları Bakıya gəlib.

Belarus idmançılarından ibarət 30 nəfərlik heyəti Azərbaycana gətirən təyyarə Heydər Əliyev Hava Limanına enib.

İdmançıları hava limanında media nümayəndələri qarşılayıbar.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

//Editor.az

Избранный
5
3
editor.az

5Источники