RU

Danimarkada yenə də dronlar səbəbindən hava limanı bağlandı...-"Sky News"-

Sentyabrın 24-dən 25-nə keçən gecə Danimarkanın şimalındakı Olborq hava limanı onun hava məkanında pilotsuz uçuş aparatları aşkar edildikdən sonra bağlanıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "X" platformasında Şimali Yutland bölgəsinin polisi məlumat yayıb.
 
"Olborq hava limanı yaxınlığında pilotsuz təyyarələr aşkarlanıb, hava məkanı bağlanıb. Polis hadisə yerində araşdırma aparır", - məlumatda deyilir.
 
Hava limanının əməkdaşı "Reuters" agentliyinə məlumatı təsdiqləsə də, neçə pilotsuz təyyarənin aşkarlandığını dəqiqləşdirməkdən imtina edib.
 
"Sky News"-un məlumatına görə, insident səbəbindən ən azı dörd uçuş dayandırılıb.
 
Daha əvvəl bildirilmişdi ki, sentyabrın 22-də Danimarkanın ən böyük hava limanı olan Kopenhagen hava limanında naməlum dronların görünməsi səbəbindən bütün uçuşlar və enişlər müvəqqəti olaraq dayandırılıb. Olaydan sonra ABŞ prezidenti Donald Trampın Danimarkada baş verən pilotsuz təyyarə insidentinə münasibət bildirərək, daha çox məlumat gözlədiyini bildirib.
 
S.Laçın
Избранный
48
moderator.az

1Источники