RU

III MDB Oyunlarında iştirak edəcək idmançılar Bakıya gəlir

III

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib.

Reyting.az
xəbər verir ki, Tacikistan idmançılarından ibarət 60 nəfərlik heyəti, Özbəkistan idmançılarından ibarət 15 nəfərlik heyəti Azərbaycana gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Bundan əvvəl Belarus idmançılarından ibarət 30 nəfərlik heyəti Azərbaycana gətirən təyyarə Heydər Əliyev Hava Limanına enib.

İdmançıları hava limanında media nümayəndələri qarşılayıbar.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.
Избранный
13
5
reyting.az

6Источники