
Qazaxıstanın Energetika Nazirliyi Xəzər Kəməri Konsorsiumunun (XKK) Novorossiyskdəki ofisinə Ukrayna pilotsuz təyyarəsinin hücumu barədə suala cavab verib.
Reyting.az-ın xəbərinə görə, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.
Qazaxıstan Energetika Nazirliyi bildirir ki, bu saata olan məlumata görə, Qazaxıstan neftinin XKK dəniz terminalı vasitəsilə daşınması və yüklənməsi normal qaydada davam edir. Vəziyyət daimi monitorinq altındadır.
Qeyd olunur ki, kəmərin adıçəkilən hissəsində yükgöndərənlərdən neftin qəbulu məhdudiyyətsiz həyata keçirilir.
V. QULİYEV