RU

Rusiya “İsgəndər” ballistik raketi ilə Ukraynaya zərbə endirib

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim bölməsinin ərazisinə iki “İsgəndər” ballistik raketi ilə zərbə endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları məlumat yayıb.

Raket zərbələri birbaşa Ukrayna hərbçilərinin sığınacağına düşüb.

“Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təəssüf ki, şəxsi heyət arasında itkilərvar. Hadisə yerində təcili xidmət qurumları işləyir. Yaralı hərbçilərə operativ şəkildə tibbi yardım göstərilir”, – deyə Quru Qoşunlarının məlumatında qeyd olunub.

Hazırda təlim mərkəzlərinin, poliqonların və digər hərbi obyektlərin etibarlı sığınacaqlarla təchiz olunması istiqamətində işlər davam etdirilir. Həmçinin, hərbçilərin raket və hava hücumları zamanı müdafiəsini gücləndirmək üçün əlavə təhlükəsizlik tədbirləri görülür.

 

 

Избранный
30
5
xezerxeber.az

10Источники