RU

ABŞ kəşfiyyatı Ukraynaya kömək edəcək

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiyanın işğalına qarşı savaşan Ukraynanın yaxın vaxtlarda böyük hücuma hazırlaşması ilə bağlı məlumatlandırılıb. Rəsmi mənbələr ABŞ prezidentinə bildiriblər ki, Ukrayna bu prosesdə ABŞ kəşfiyyatının dəstəyinə ehtiyac duyacaq. Reyting.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.Nəşrin mənbələrinin sözlərinə görə, son günlər amerikalı rəsmilər Trampı cəbhə xəttindəki mövcud vəziyyətlə bağlı xeyli məlumatlandırıblar. Onlar qeyd ediblər ki, Rusiya son illər ərzində yalnız məhdud irəliləyiş əldə edə bilib.Nəşr Ukraynanın planlaşdırdığı sözügedən hərbi əməliyyatla bağlı əlavə təfərrüatları açıqlamayıb.Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
reyting.az

2Источники