RU

Zelenski haqlıdır, müharibə Avropaya yayılır - Ekspert

Rusiya-Ukrayna müharibəsi getdikcə daha çox əraziyə yayılır və müxtəlif dərəcədə Avropanın çox hissəsinə təsir edir.

Axar.az xəbər verir ki, bunu “Skay Nyus”un təhlükəsizlik və müdafiə üzrə analitiki Maykl Klark deyib.

O hesab edir ki, dünya yeni nəsil müharibənin astanasındadır.

"Bu müharibə şaquli deyil, üfüqi şəkildə artır. Getdikcə daha çox əraziyə yayılır, yəni o, Avropanın çox hissəsinə müxtəlif yollarla təsir edir və biz bunu görürük. Kopenhagen və Oslo hava limanlarını müvəqqəti bağlayan və ya Oslonu yalnız bir uçuş yolu ilə məhdudlaşdıran pilotsuz təyyarələrin mənşəyini hələ də bilmirik. Lakin sübutların əksəriyyəti Rusiyaya işarə edir”, - Klark bildirib.

Analitik vurğulayıb ki, o, Zelenskinin dünyanın altıncı nəsil müharibə astanasında olması ilə bağlı fikri ilə razıdır.

O, yaxın gələcəkdə robototexnikanın inkişafının silahların daha ölümcül və təsirli olmasına gətirib çıxaracağını istisna etmir.

Избранный
24
1
axar.az

2Источники