RU

III Dünya müharibəsinin qarşısını belə almaq olar - Siyarto

Macarıstan Rusiya və ABŞ arasında yüksək səviyyəli təmasların davam etdirilməsini alqışlayır.

Hurriyyet.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdüyünü açıqladı. Məncə, bu, gözəl xəbərdir. Rusiya ilə ABŞ arasında yüksək səviyyəli təmaslar davam etdikcə, ümid edə bilərik ki, ən pis ssenarinin, III Dünya müharibəsinin başlanmasının qarşısını almaq olar", - Siyarto söyləyib.

O, həmçinin əlavə edib ki, bir çox Avropa liderinin davranışı onu deməyə əsas verir ki, onlar Ukraynada sülh səylərini dəstəkləməkdənsə, onu pozmağa daha çox hazırdırlar.

Избранный
20
2
hurriyyet.az

3Источники