RU

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB- EBRD) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

Banco.az  xəbər verir ki, AYİB yeni hesabatında Azərbaycanın iqtisadi artım proqnozunu 2025-ci il üzrə 2%, 2026-cı ildə isə 2,5 % müəyyən edib. Başqa sözlə, əvvəlki proqnozuna nisbətən AYİB Azərbaycanın iqtisadi artım proqnozunu 2025-ci il üzrə 1% bəndi azaldıb, 2026-cı il üzrə isə proqnoz dəyişməz saxlanılıb.

    Qeyd edilib ki, yeni proqnoz qeyri-neft sektorundakı fəallıq və onun neft sektorundakı daha zəif göstəriciləri kompensasiya etməsi ilə əlaqədardır. "Enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama riskləri yaradır. ÜDM-in artım potensialı Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişləndirilməsi, Ermənistanla sülh gündəliyi ilə bağlıdır ki, bu da yeni ticarət marşrutlarının açılmasına səbəb ola və investorların etimadını artıra bilər", - AYİB əlavə edib.

    apa

    Избранный
    22
    4
    banco.az

    5Источники