Neft qiymətləri ABŞ-da yanacaq ehtiyatlarının azaldığını göstərən məlumatlar əsasında ötən gün iyuldan bəri ən yüksək sıçrayışdan sonra cümə axşamı səhər ucuzlaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 0,31 dollar (0,45%) azalaraq 69,00 dollar olub. Çərşənbə günü müqavilə 1,68 dollar (2,5%) artaraq 69,31 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı xam neftin noyabr fyuçersləri 0,31 dollar (0,48%) ucuzlaşaraq 64,68 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada bu müqavilələr 1,58 dollar (2,5%) artaraq 64,99 dollar/barel olub.
ABŞ Energetika Nazirliyinin çərşənbə günü açıqladığı məlumatlara görə, ölkədəki ticari xam neft ehtiyatları keçən həftə 607 min barrel azalıb. Trading Economics-in məlumatına görə, bu, təxminən 800 min barel artım gözləmiş ekspertlər üçün sürpriz oldu.
Bu həftə benzin ehtiyatları 1,08 milyon barel, distillə ehtiyatları isə 1,685 milyon barel azalıb.