RU

Cəlilabadın bəzi yerlərində qaz kəsiləcək

Cəlilabadın
Cəlilabadın bəzi yerlərində qaz olmayacaq. 1news.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olaraq, Cəlilabad qaz tənzimləyici məntəqəsindən qidalanan H.Əliyev prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, F. Əhmədov, M. F. Axundov, Sabir, Babək, S. Axundov, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə edən ümumilikdə 3000 abonentin qaz təchizatı 26.09.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşana qədər müvəqqəti olaraq dayandırılacaq.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik",- əlavə edilib.

Избранный
20
24
1news.az

10Источники